Nobel mükafatı laureatı vəfat edib

 Nobel mükafatı laureatı vəfat edib

Yaponiyada Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, yazıçı Kenzaburo Oe vəfat edib.

Asayis.Az xarici mətbuata istinadən xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib.

Yazıçı 1994-cü ildə "poetik güclə reallıq və mifin birləşərək bugünkü insan səfalətinin narahatedici mənzərəsini təqdim etdiyi xəyali dünya yaratdığına görə" Nobel mükafatına layiq görülüb.

O, Yasunari Kavabatadan sonra bu mükafatı alan ikinci yapon yazıçı olub.

Qeyd edək ki, Kenzaburo Oe 20-dən çox roman, qısa hekayə və bir neçə hekayə toplusunun müəllifidir.

13:47 - 13 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin