"Zaurla Günaydın"da gərginlik - Telefon sındığı üçün mübahisə etdilər - VİDEO

ATV kanalında yayımlanan "Zaurla Günaydın" proqramında gərgin anlar yaşanıb. 

Asayis.Az xəbər verir ki, efir zamanı psixoloq Könül Cəfərovanın azyaşlı oğlu müğənni Zeynəb Həsəninin telefonunu sındırıb.

Bu zaman Zeynəb Könülə uşağa düzgün tərbiyə verməli olduğunu, tanımadığı şəxsin əşyasına toxunmamağı öyrətməli olduğunu deyib. 

Hadisə gərginliyə səbəb olub. Könül Cəfərova ilə Həsəni xeyli müddət mübahisə ediblər. 

BAKU.WS həmin görüntüləri təqdim edir:

13:11 - 13 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin