Buraxılış imtahanı çətin keçib - Şagirdlər narazıdır - VİDEO

 Buraxılış imtahanı çətin keçib - Şagirdlər narazıdır - VİDEO

Ağdaşda yaşayan 11-ci sinif şagirdləri sualların qəlizliyindən şikayətlənirlər.

Onlar bəzi test tapşırıqlarının həllinin çox vaxt apardığını deyirlər.

Dövlət İmtahan Mərkəzinin Orta təhsil üzrə şöbəsinin müdiri Murad Əliyev isə sualların 9-cu siniflər üçün 2017, 11-ci siniflər üçün isə 2019-cu ildən bəri çap olunan dərsliklər əsasında hazırlandığını deyib.

Murad Əliyev Azərbaycan dili fənnindən mətn tipli sualların çətinliyi ilə bağlı iddialara da aydınlıq gətirib.

Xatırladaq ki, 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı martın 5-də keçirilib. Növbəti imtahan isə sabah baş tutacaq.

12:15 - 12 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin