Məşhurların 33 il əvvəlki görüntüləri - FOTO

 Məşhurların 33 il əvvəlki görüntüləri - FOTO

Əməkdar artist Rafael İsgəndərov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Asayis.Az xəbər verir ki, o, şəxsi instaqram hesabında azərbaycanlı məşhurlarla birlikdə olan arxiv fotosunu paylaşıb.

İsgəndərovun istifadəçiləri ilə bölüşdüyü foto 33 il əvvəl lentə alınıb.

O, paylaşıma, “1990-cı il. I kurs. Tələbəlik illəri”, - sözlərini də əlavə edib. Sözügedən fotoda Rafael İsgəndərovla yanaşı həmkarı Əməkdar artist Coşqun Rəhimov, aparıcı Azər Axşam, meyxanaçı Vüqar Əbdülov və Səbuhi Rəhimli yer alıb.

Əməkdar artistin illər əvvəl çəkilən fotosu sosial şəbəkə izləyiciləri tərəfindən bəyənilərək maraqla qarşılanıb.

12:32 - 11 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin