"Soxulcan yağışı"na aydınlıq gətirildi - VİDEO

Çinin paytaxtı Pekində soxulcanların yağış kimi yağdığı iddia edilən görüntülər gündəm olub. 

Asayis.Az xəbər verir ki, sözügedən videolarda avtomobillərin üzərindəkilərin soxulcanlar olduğu bildirilirdi.

Mütəxəssislər isə görüntülərdəkilərin soxulcan olmadığını, kiçik tut qönçələri olduğunu iddia ediblər. 

Çin höküməti hələlik baş vermiş vəziyyətlə bağlı rəsmi açıqlama yaymayıb.

Sosial şəbəkə istifadəçiləri "yağış kimi yağan soxulcanlar"ı qiyamət gününün yaxınlaşması ilə əlaqələndiriblər. 

Asayis.Az həmin görüntüləri təqdim edir:

13:40 - 10 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin