Azərbaycanı "Avroviziya-2023"də onlar təmsil edəcəklər

 Azərbaycanı

Azərbaycanı “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək iştirakçılar bəlli olub.

Asayis.Az xəbər verir ki, ölkəmizi beynəlxaq yarışda Tural və Turan Bağmanovlar təmsil edəcəklər.

Bu barədə BAKU.WS-ə İctimai TV-dən bildirilib. 

İfaçılar Azərbaycanı "TuralTuranX" dueti ilə təmsil edəcəklər.

Tural və Turan Bağmanovlar ifa etdikləri mahnının həm də müəllifləridirlər.

Xatırladaq ki, "Avroviziya-2023" beynəlxalq mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

12:59 - 9 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin