İranda prezident İbrahim Rəisiyə qarşı etirazlar SEPAH və rejim tərəfdarları tərəfindən get-gedə daha da artır.
Asayis.Az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, bu dəfə də təqaüddə olan keçmiş hərbçi, Şəhid Rəcayi Universitetinin professoru komandir Səid Qasimi İbrahim Rəisiyə müraciət edib:
“Əzizim! Xiyar və pomidorun da qiymətinə nəzarət edə bilmədiniz?!”
Səid Qasimi İranın dövlət televiziyasında yayımlanan “Sürəyya” adlı verilişidə İbrahim Rəisiyə lağ edərək deyib:
“Əzizim gördünmü? Nə xiyarın, nə də pomidorun qiymətinə nəzarət edə bilmədiniz! İnsanlar bu vəziyyətdən narazıdırlar”.