“Qadın hüquqları sahəsində köklü dəyişikliyə ehtiyac var”.
Asayis.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Qadınlar Bölməsinin icraçı direktoru Sima Bahous deyib.
Bahous 20 il əvvəl qəbul edilmiş 1325 saylı qətnamə ilə gender bərabərliyi sahəsində tarixi addım atıldığını, lakin hələ də mühüm çatışmazlıqların olduğunu bildirib.
"Əslində bu qərarın 20-ci ildönümü bayram deyil, oyanış kimi qəbul edilməlidir", - deyə Bahous qeyd edib.