“Qirçi - Daha çox azadlıq” Partiyasının lideri Zurab Caparidze xüsusi təyinatlılar tərəfindən aksiyaçıların arasından çıxarılaraq parlamentin həyətinə aparılıb.
Asayis.Az report-a istinadən xəbər verir ki, siyasətçi amansızlıqla döyülüb.
“Zaman gəldi" ("Droa!") Partiyasının lideri Elen Xoştaria müxalifətçi həmkarını xilas etməyə çalışıb. Onun sözlərinə görə, “Çaparidze ağır qapıları döyüb”.
Eyni zamanda patrul polisi Caparidzenin baş idarədə olduğunu bildirib.