Qarabağda yaşayan ermənilər Rusiya sülhməramlılarının yolunu bağladılar - VİDEO

 Qarabağda yaşayan ermənilər Rusiya sülhməramlılarının yolunu bağladılar - VİDEO

Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər Rusiya sülhməramlılarının xidmət aparmasına mane olublar. Belə ki, onlar avtomobil yolunu bağlayıblar və bununla da xidməti maşınların əraziyə çıxmasının qarşısını alıblar.

Hadisə Rusiya Sülhməramlı Kontinqentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində qeydə alınıb.

Etirazçılar bununla da kifayətlənməyərək Rusiya hərbçilərini təxribata çəkməyə çalışıblar.

Belə ki, görüntülərdəki danışıqlardan aydın anlaşılır ki, təxribatçılardan biri rus sülhməramlısının üstünə qışqıraraq onu Şuşaya qalxıb oradan “azərbaycanlıları qovmağa” çağırır.

Həmçinin yolu bağlayan erməni “etirazçı” sülhməramlıları Laçın yolu ilə daşınan hər ton yükə görə 400 min dram (1 760 manat) “haqq” almaqda ittiham edir.

18:09 - 7 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin