Ukraynada müharibə davam edir. Asayis.Az Baku TV-yə istinadən xəbər verir ki,ötən gecə ölkənin mərkəzi və cənub vilayətləri Rusiya ordusunun kütləvi dron və raket hücumlarına məruz qalıb.
Məlumata görə, Donetsk vilayətinin Uqledar və Baxmut şəhərlərindəki döyüşlər intensiv şəkildə davam edir, hər iki tərəfdən xeyli itkilər var.
“Ötən gecə ərzində ümumilikdə cəbhədə 600-dən çox Rusiya hərbçisi məhv edilib”, - deyə jurnalist qeyd edib.
O da bildirilib ki, Baxmutda Ukrayna vətəndaşı olan azərbaycanlı Əli Hacıyev, onun həyat yoldaşı və iki yeniyetmə övladı itkin düşüb.