İctimai televiziyanın təqdim etdiyi film təqdimatında maraqlı hadisə baş verib. Asayis.Az-ın məlumatına görə, televiziyanın Qarabağ hadisələrindən bəhs edən "Dalan" filminin təqdimatında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Şəfiqə Məmmədovanın oğlu kinoşunas Ülvi Mehdi jurnalistlərə qışqırıb. Belə ki, jurnalistlər filmlə bağlı çəkilişlər etmək istəyərkən kameraların işıqlarını yandırıblar bu zaman müxbirlər və operatorlar kobudluqla qarşılaşıblar. Ülvi Mehdi uca səslə qışqıraraq onlara işıqları söndürməsini tələb edib. Zalda əyləşən qonaqlar kinoşunasın bu addımını qınayıblar.
Bildirək ki, bu Ülvi Mehdinin ilk hadisəsi deyil. Adı daim qalmaqal və oğurluq hadisələri ilə hallanan kinoşünas ötən illərdə kinoittifaqın Litva səfirliyi ilə keçirdiyi tədbirlərdən birində də oxşar addımı atmışdı.
Məsələ ilə bağlı Manset.az Ülvi Mehdi ilə əlaqə saxlayıb. O xəbəri təkzib etməyib və bir qədər sonra əlaqə saxlamağı bildirib. Daha sonra telefonlara cavab verməyib.