Azərbaycanda COVID-19-a yoluxma kəskin azaldı - Statistika

 Azərbaycanda COVID-19-a yoluxma kəskin azaldı - Statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Asayis.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 828 730 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 386 nəfər müalicə olunaraq sağalıb, 10 129 nəfər vəfat edib, aktiv xəstə sayı 215 nəfərdir.

Ölkədə son sutka ərzində 614, hazırkı dövrədək isə 7 532 959 test aparılıb.

16:00 - 6 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin