Lotoreyada 1 milyon manata yaxın pul udan Xaçmaz sakini məscid tikdirəcək - VİDEO

 Lotoreyada 1 milyon manata yaxın pul udan Xaçmaz sakini məscid tikdirəcək - VİDEO

Bildiyiniz kimi, Azərbaycanda lotereya tarixində ən böyük uduş qazanılıb. Tarixi uduş Azərbaycanın qanuni lotereya təşkilatçısı "Azərlotereya” ASC-nin təşkil etdiyi "4+4” tirajlı lotereyasının 27 fevralda keçirilən 23091 nömrəli tirajında qeydə alınıb.

Asayis.Az xəbər verir ki, uduş qazanan şəxs Xaçmaz sakini Kamran Məmmədsəidovdur. O 913 072 manatlıq tarixi cekpotun sahibi olub.

Şanslı qalib ATV-də yayımlanan "Zaurla günaydın" verilişinə qonaq olub və qazancı nə edəcəyi haqda sualları cavablandırıb.

Kamran Məmmədsəidov deyib ki, qazancından 10 min manatı "YAŞAT Fondu"na, 10 min manatı AFAD-a, 10 min manatı isə Heydər Əliyev Fonduna köçürəcək. 

Videoya buradakı linkə daxil olaraq baxa bilərsiniz: https://www.facebook.com/azerlotereya/videos/546361200661806/?t=3

O həmçinin deyib ki, kəndlərində məscidi təmir etdirəcək.

 

12:59 - 6 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin