PSJ-nin müdafiəçisi Əşrəf Hakimi cinsi təcavüzdə ittiham olunduqdan sonra polis tərəfindən istintaqa cəlb edilib.
Asayis.Az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu öz evində 24 yaşlı qızı zorlamaqda ittiham edilir.
Məlumata görə, Hakimi cümə axşamı dindirilib. Bundan sonra hakim ona qarşı ittihamı elan edib və iş məhkəmə nəzarətinə verilib.
Baş verənlərin ardından həyat yoldaşı aktrisa Hiba Abouk Əşrəf Hakimidən ayrılmağa qərar verib. Xarici KİV-də yayılan xəbərlərə görə, proses həftələr öncə başlayıb. Buna səbəb isə cütlüyün arasındakı anlaşılmazlıq olduğu bildirilir.