Ebru Gündeş Azərbaycan əsilli milyonçunu məhkəməyə verdi - FOTO

 Ebru Gündeş Azərbaycan əsilli milyonçunu məhkəməyə verdi - FOTO

Türkiyədə “Halkbank” məhkəmə işindən sonra ABŞ-yə qaçan Azərbaycan əsilli iş adamı Rza Zərrab yenidən məhkəməyə verilib.

Asayis.Az "Cumhuriyet"ə istinadən xəbər verir ki, Şimali Makedoniya vətəndaşı olan Rza Zərrabın Türkiyəyə daxil olacağı təqdirdə həbs olunacağı gözlənilir.

Məlumata görə, Şimali Makedoniya vətəndaşı olduğu üçün qanuni hüquqlarından istifadə edən Rza Zərrab qızı Alara üçün bu ölkənin vətəndaşlıq hüququnu əldə edib. O, həmçinin keçmiş həyat yoldaşı, tanınmış türkiyəli müğənni Ebru Gündeşdən qəyyumluğun aradan qaldırılması üçün iddia qaldırıb.

Bu arada Ebru Gündeş barəsində qəyyumluq iddiası qaldıran keçmiş həyat yoldaşı Rza Zərrabla qızı arasında şəxsi münasibətin ləğvi üçün məhkəməyə mürciət edib. Dünən Beykoz 2-ci Məhkəməsində müğənninin iddiası üzrə ilk proses keçirilib.

11:09 - 3 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin