Aparıcı Afaq Gəncəli "Səhər mərkəzi" proqramından getməyə hazırlaşır.
Asayıs.Az Axşam.az-a istinadən xəbər verir ki, o, bu günlərdə verilişdə tamaşaçıları ilə sağollaşacaq. Buna səbəb onun səhhətində yaranan problem olub.
Afaq sentyabrda, yeni televiziya mövsümündə efirə qayıtmağı planlaşdırır. Verilişə onun yerinə kimin gələcəyi isə hələ dəqiqləşməyib.
Qeyd edək ki, A.Gəncəli 2021-ci ildə ATV kanalından ayrıldıqdan sonra Xəzər TV-də çalışmağa başlayıb.