Məşhur müğənni Şakiranın son zamanlar təqdim etdiyi ifalarından qazandığı gəliri bəlli olub.
Asayis.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçinin xəyanətə görə ayrıldığı sevgilisi Jerard Pikeyə həsr etdiyi mahnıları ona 22 milyon dollardan (37 milyon 400 min AZN) çox gəlir qazandırıb.
Xatırladaq ki, ifaçının bəzi mahnıları və klipləri təqdim olunduğu qısa müddətdə milyonlarla baxış toplayaraq rekord qırıb.