Türkiyədə 14 mayda keçirilməsi gözlənilən prezident seçkiləri təxirə salınmayacaq.
Asayis.az "Hürriyet"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin hakim "Ədalət və İnkişaf Partiyası"nın (AKP) qrup iclasında çıxışı zamanı açıqlayıb.
"İnşallah, bu xalq mayın 14-də lazım olanı edəcək", - deyə Türkiyə lideri bildirib.