"Oğlumla gəlmişəm. Heç düşünmürdüm ki, bu qədər Rusiyada yaşayacağam. Pandemiya düşdü, sonra toylar çox oldu. Buna görə də qalası olduq".
Asayis.Az xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın "Günaydın, Azərbaycan"a açıqlamasında deyib. O bildirib ki, Rusiyadakı işlərinin çoxluğundan orada qalmalı olub.
Verilişə görüntülü zəng edən ifaçı aparıcı Xoşqədəm Hidayətqızının "Nə vaxt Bakıya gəlirsən" sualına belə cavab verib:
"Yaxın günlərdə gəlməyi düşünürəm. Efirə çıxmaq və tanıdığım insanlar üçün darıxmışam".
Qeyd edək ki, müğənni 2 ildir oğlu Əhləmlə birlikdə Moskvada yaşayır. İfaçı orada restoran açıb.