Məşhur müğənni tədbirdə hovuza düşdü - VİDEO

 Məşhur müğənni tədbirdə hovuza düşdü - VİDEO

Türkiyəli müğənni Mustafa Kəsər zəlzələdən zərərçəkənlər üçün təşkil olunmuş gecədə iştirak edib.

Asayis.Az xəbər verir ki, müğənni ifa etmək üçün səhnəyə yaxınlaşdığı əsnada müvazinətini itirərək hovuza yıxılıb. Yaxınlıqda olan gənclərdən biri suya atlanaraq onu xilas edib. Kəsər daha sonra kulisə gedərək üzərini dəyişib və yenidən səhnəyə çıxıb.

Qeyd edək ki, Kəsər bir müddət əvvəl həmkarı Bülənt Ersoyla "Benzemez kimse bize" proqramında aparıcılıq etsə də, aralarında mübahisə yaşanıb. Nəticədə proqram başlanıb və onlar bir-birini məhkəməyə veriblər. Məhkəmənin qərarına əsasən tərəflər bir-birinə 1 lirə mənəvi təzminat ödəməli olub. 

17:39 - 25 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin