Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslan Əməkdar artist Lalə Məmmədovanı yubileyi münasibəti ilə təbrik edib.
Asayis.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb. Fəxri fərmanla təltif olunan müğənni instaqramda fotolar paylaşaraq qurumun sədrinə təşəkkürünü bildirib.
Qeyd edək ki, bu gün Lalə Məmmədovanın 45 yaşı tamam olur.