Müğənni Günel Zeynalova Türkiyədəki kommunal xərclərdən şikayətlənib.
Asayis.Az xəbər verir ki, sənətçi ödənişlərin artırılmasını xoş qarşılamayıb.
O şəxsi instaqram hesabında artan xərclərə eyvanda qazan vuraraq etiraz edən sakinlərin görüntülərini paylaşıb.
Günel videoya bu sözləri də əlavə edərək etirazını bildirib:
"Kommunal xərclər 500 lirədən 1500 lirəyə (təxminən 45 AZN-dən 135 AZN-ə) yüksəldilib. Bizi də eyvanda qazan vuran da görsəniz, təəccüblənməyin. Yenə 1500 lirə yaxşıdır. Mən bizim xərcləri heç yazmıram".
Xatırladaq ki, sənətçi uşaqlıq illərindən Türkiyədə yaşayır. O arada Bakıya da gəlir.