Zəlzələyə görə bu serialların yayımı dayandırdıldı - FOTO

 Zəlzələyə görə bu serialların yayımı dayandırdıldı - FOTO

Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələdən sonra yarımçıq qalan seriallar ötən axşam (20 fevral 2023) yeni bölümləri ilə ekranlara gələcəkdi. Hatay zəlzələsindən sonra kanalların yayım axını tamamilə dəyişib.

Asayis.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Yasak Elma", "0Ömer", "Alparslan Büyük Selcuklu" serialları efirdən qaldırılıb.

Serialların yeni bölümlərinin nə vaxt yayımlanacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, ötən gecə Hatayda baş verən 6,4 və 5,8 bal gücündə iki zəlzələ ətraf əyalətlərdə də hiss olunub.

13:02 - 21 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin