Erməni hərbçilərin maşını dərəyə aşdı - Ölənlər var

 Erməni hərbçilərin maşını dərəyə aşdı - Ölənlər var

Ermənistanın Sünik vilayətinin Azərbaycanla sərhəd ərazidə yerləşən Xnatsax kəndi yaxınlığında qar uçqunu baş verib və nəticədə iki erməni hərbçi ölüb.

Asayis.Az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. 

Bildirilib ki, fevralın 19-da saat 19:40 radələrində Xnatsax kəndi yaxınlığında qar uçqunu nəticəsində Müdafiə Nazirliyinin “UAZ” markalı avtomobili dərəyə yuvarlanıb, nəticədə müqaviləli hərbi qulluqçular Zoran Hrantoviç Arzumanyan və Zorak Samveloviç Yeranosyan həlak olublar.

12:14 - 20 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin