“Ermənistan istənilən vaxt hər bir dövləti sata bilər”.
Asayis.Az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin fevralın 17-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiyanın həmişə Ermənistanı himayə etməsinə baxmayaraq, Ermənistan başqa yerdə işıq ucu görən kimi dərhal dostunu satıb, başqa dost axtaran dövlətdir.