Azərbaycanlı bu cihaz vasitəsi ilə dağıntılar altında qalan 14 nəfəri xilas etdi - FOTO

 Azərbaycanlı bu cihaz vasitəsi ilə dağıntılar altında qalan 14 nəfəri xilas etdi - FOTO

Azərbaycanlı mütəxəssis Ceyhun Xəlilov Türkiyədə zəlzələ bölgəsində 14 nəfərin bina uçqunundan xilas olmasına kömək edib. 

Asayis.Az "TRT haber"ə istinadən xəbər verir ki, həmyerlimiz bunu təkmilləşdirilmiş dağıntıların altını görüntüləyə bilən cihazla edib.

Bu cihaz iki kamera və akustik səs yazısıdan ibarətdir. 

O, Türkiyədəki zəlzələni eşidən kimi Kahramanmaraş bölgəsinə gedib və burada xilasedicilərə kömək edib. 

Xəlilov bu aparat vasitəsilə dağıntılar alrından14 sakinin xilas olduğunu bildirib.

Ceyhun, "Türkiyənin taleyi bizim taleyimizdir. Sevinci də bizim sevincimizdir. Çox kədərlənirəm. Əlimizdən nə gəlirsə etməyə hazırıq", - deyərək qardaş ölkəyə dəstəyini ifadə edib. 

Ceyhun Xəlilovun bu addımı Türkiyə mətbuatında gündəm olub. Bir çox internet portalları onun barəsində məqalə dərc ediblər. 

10:33 - 17 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin