“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Biləcəri dəmiryol stansiyasından Türkiyəyə 25 konteynerdən ibarət qatarla yardım göndərilib.
Asayis.Az oxu.az-a istinadən xəbər verir ki, tədbirdə ADY sədri Rövşən Rüstəmovun və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da iştirak ediblər.
R.Rüstəmov jurnalistlərə açıqlamasında qeyd edib ki, bu vaxta qədər Türkiyəyə yardımlar hava və quru yolla göndərilirdi:
“Artıq dəmir yolu vasitəsilə də yardım göndərildi. Qardaş ölkəyə köməyin vaxtında çatdırılması üçün əlimizdən gələni edəcəyik”.