"Azərbaycanlı bacı-qardaşlarımız var olsun!" - Türkiyə səfiri

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım göndərən azərbaycanlılara təşəkkür edib.

Səfir bununla bağlı tvitter hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Acınız acımızdır" deyərək altındakı döşəyi, üstündəki yorğanı, üzərindəki paltosunu və cibindəki pulu ölkəmizə göndərən bütün azərbaycanlı bacı-qardaşlarımız var olsun!".

14:57 - 12 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin