Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım göndərən azərbaycanlılara təşəkkür edib.
Səfir bununla bağlı tvitter hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Acınız acımızdır" deyərək altındakı döşəyi, üstündəki yorğanı, üzərindəki paltosunu və cibindəki pulu ölkəmizə göndərən bütün azərbaycanlı bacı-qardaşlarımız var olsun!".