Bir neçə şəhərdə axtarış və xilasetmə işləri yekunlaşıb

 Bir neçə şəhərdə axtarış və xilasetmə işləri yekunlaşıb

“Xilasetmə və axtarış qruplarını daha çox Hatay və Adıyamana göndəririk”.

Asayis.Az apa-ya istinadən xəbər verir ki, bunu Diyarbəkirdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, artıq bir neçə şəhərdə axtarış və xilasetmə işləri yekunlaşıb:

“Həmin axtarış və xilasetmə qruplarını da dağıntıların daha çox olduğu Kahramanmaraş, Hatay və Adıyamana yönləndiririk. Digər vilayətlərdə də bu işlər sürətlə davam edir”.

16:59 - 11 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin