"Azərbaycan başda olmaqla, onun yanında İsrail, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt dəstəyini ifadə ediblər".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hataydakı çıxışında deyib.
"Ümumilikdə 60-dan çox ölkədən Türkiyəyə yardımlar göndərilib. Telefon danışığı zamanı bizə dəstəyin davam etdirəcəklərini bildiriblər. Bütün dəstək verən ölkələrə millət adından təşəkkür edirəm", - Ərdoğan bildirib.
Türkiyə lideri qeyd edib ki, axtarış xilasetmə əməliyyatlarında 18 ölkə nümayəndələri iştirak edir: "Proses davam edir. Hataydakı universitet xəstəxanası da artıq xəsarət alanları qəbul etməyə başlayacaq".
Son məlumatlara görə, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 057 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 52 979 nəfər yaralanıb.