Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş vermiş güclü zəlzələ ilə bağlı ölkəyə öz həmrəyliyini bildirib.
Asayis.Az xəbər verir ki, XİN-in rəsmi sosial şəbəkə hesablarında profil fotosu dəyişdirilib və qara fonlu foto ilə əvəzlənib.
Xatırladaq ki, Türkiyədə fevralın 6-sı baş verən zəlzələ nəticəsində 6000-dən çox insan həlak olub, daha 37 011 nəfər isə yaralanıb. Təbii fəlakətlə əlaqədar Türkiyədə 1 həftəlik matəm elan edilib.