Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasına gedib.
Asayis.az apa-ya istinadən xəbər verir ki, nazir bu gün Naxçıvan şəhərində yerləşən Biznes Mərkəzində sahibkarlarla görüş keçirəcək.
Görüşdə sahibkarların yeni təklifləri dinləniləcək, bu sahənin inkişafı istiqamətində görüləcək işlər müzakirə olunacaq.