Prezident tapşırıq verdi - Azərbaycan qardaş Türkiyəyə xilasedicilər göndərir

 Prezident tapşırıq verdi - Azərbaycan qardaş Türkiyəyə xilasedicilər göndərir

Fevralın 6-da səhər saatlarında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.

Əlavə məlumat veriləcək.

10:25 - 6 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin