Bakıda şirkətdən külli miqdarda pul mənimsənilib.
Asayis.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Xətai rayonu Xocalı prospektində yerləşən "Grov GROUP Azerbaijan" MMC-nin hüquqşünası İ.Mahmudov polisə müraciətində bildirib.
Onun sözlərinə görə, şirkətin direktoru E.Əliyev 2022-ci ilin iyun ayından 2023-cü ilin yanvarınadək müddətdə 34 min 647 manat pul mənimsəyib.
Faktla bağlı araşdırma aparılır.