Naxçıvan Dövlət İmtahan Mərkəzində (DİM) yoxlamalar başlayıb.
Asayis.az apa-ya istinadən xəbər verir ki, mərkəzdə hüquq-mühafizə orqanları tərəfindən yoxlamalar keçirilir.
Yoxlamaların səbəbinin 2022-ci ilin dekabr ayında müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahan sualların satılması iddiası ilə bağlı olduğu bildirilir.
Məlumatı Naxçıvan DİM-in mətbuat katibi Məmməd Babayev təsdiq edib.