Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə yeni rəis təyin edilib.
Asayis.Az report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Yusif Məhərrəmov təyin olunub.
O, bu təyinata qədər həmin şöbədə müstəntiq vəzifəsində çalışıb.