Tovuzda torpaq sürüşməsi oldu, çatlar yarandı

 Tovuzda torpaq sürüşməsi oldu, çatlar yarandı

Tovuzda sel sularının toplandığı ərazidə torpaq sürüşməsi baş verir.

Asayis.az APA-ya istinadla xəbər verir ki, sürüşmə Tovuz rayonunun Vahidli kəndində baş verir.

Belə ki, kənd iki hissədən ibarətdir. Sözügedən yol isə kənd qəbiristanlığına və digər yaşayış ərazilərinə aparır.

Hazırda bir neçə yerdə də çatlar əmələ gəlib.

Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemin aradan qaldırıması istiqamətində addımlar atılacaq.

16:30 - 28 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin