Nəriman Süleymanovla bağlı cinayət işi açılıb? - Rəsmi

 Nəriman Süleymanovla bağlı cinayət işi açılıb? - Rəsmi

BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nəriman Süleymanovun (Qocatürk) ölümü ilə bağlı cinayət işi açılmayıb.

Bu barədə Asayis.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

“Xeyr, bu hadisə ilə bağlı cinayət işi açılmayıb, aradırma aparılır”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, Nərman Süleymanov 18 noyabrda özünə qəsd edib. O, sosial şəbəkələrdə tələbələrinə qarşı cinsi qısnamada ittiham olunduqdan sonra bu addımı atıb.

12:42 - 23 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin