Rusiyanın mühüm neft stansiyasına zərbə endirildi

 Rusiyanın mühüm neft stansiyasına zərbə endirildi

Ukrayna PUA-ları Tatarıstanın Almetyevsk rayonunda yerləşən “Kaleykino” neftnəqletmə stansiyasına hücum edib.

Asayis.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Qeyd edək ki, “Kaleykino” neftnəqletmə stansiyası Rusiyanın enerji sektorunun ən mühüm logistika qovşaqlarından biridir. Stansiya Qərbi Sibir, Tatarıstan, Udmurtiya və Başqırdıstandan müxtəlif keyfiyyətli neft qəbul edir, daha sonra onu qarışdıraraq “Drujba” magistral neft kəməri vasitəsilə Avropaya və ya Nijnekamsk neft emalı zavoduna nəql edir.

11:58 - 19 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin