Qaradağda evdən qızıl oğurlayan şəxs saxlanıldı

 Qaradağda evdən qızıl oğurlayan şəxs saxlanıldı

Qaradağ rayonu ərazisində yerləşən evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Asayis.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində digər evlərdən də elektrik kabelləri oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

14:12 - 14 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin