İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır.
Asayis.az fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq.
Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədək elektron kabinetlərinin formalaşdırılması tövsiyə edilir.
Müraciətlərin qəbulu "Mygov" portalında yerləşən "Elektron ipoteka və kredit zəmanət" sistemi üzərindən həyata keçiriləcək. Vətəndaşlar müraciətlərini "SİMA İmza"nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyə biləcəklər.
Bununla yanaşı, sonradan imtina edilmiş müraciətlər üzrə formalaşan qalıq limitlər həcmində müraciətlərin qəbulu cümə günləri saat 12:00-dan həyata keçiriləcək.
