Prezident qanun imzaladı

 Prezident qanun imzaladı

Prezident İlham Əliyev oktyabrın 23-də qəbul etdiyi "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi qanunu imzalayıb.

Asayis.az xəbər verir ki, bununla da, Beynəlxalq Telekommunikasiya İttifaqının 2023-cü il 20 noyabr – 15 dekabr tarixlərində baş tutmuş Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları ilə qəbul olunmuş "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri" Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiqlənib.

15:28 - 5 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin