9 ayda 146 cinayətkar qrup zərərsizləşdirilib - DİN

 9 ayda 146 cinayətkar qrup zərərsizləşdirilib - DİN

Bu ilin 9 ayı ərzində ağır və xüsusilə ağır cinayətlər törətmiş 402 nəfərdən ibarət 146 cinayətkar qrup zərərsizləşdirilib.

Asayis.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, baş vermiş xırda talama faktlarının 87 faizi açılıb, dəymiş maddi ziyanın 85 faizi ödətdirilib.

15:58 - 29 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin