Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsindəki piyada keçidi xətlənib.
Asayis.az xatırladır ki, uzun müddətdir ki, həmin yolda işıqfor olsa da, yolun üzəri xətlənməmişdi. Bu isə piyadaların həyatını təhlükəyə atırdı.
Problem ictimailəşdirildikdən sonra AYNA sakinlərin narahatlığını nəzərə alaraq, gecə ilə yolun xətlənmə işlərinə start verdi və hazırda həmin yolda problem tam olaraq aradan qaldırlıb.
Həmin yolun köhnə və yeni fotosunu təqdim edirik:
