Bakıda 5 gün əvvəl itkin düşən kişinin meyiti tapıldı

 Bakıda 5 gün əvvəl itkin düşən kişinin meyiti tapıldı

Bakıda küçədə meyit tapılıb.

Asayis.az lent.az-a istinadla xəbər verir ki, hadisə Pirallahı rayonu, Fioletov küçəsində baş verib.

Oktyabrın 24-də itkin düşən paytaxt sakini, 72 yaşlı Ramis Əliyevin meyiti küçədə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Araşdırma aparılır.

15:28 - 29 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin