Ovçuluq təsərrüfatında güclü yanğın başladı

 Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb.

Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb.

Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatın mərkəzi hissəsini, magistral yolun kənarında yerləşən ərazini əhatə edir.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

14:50 - 23 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin