Xocavənd və Ağdərə rayonlarına növbəti köç prosesi həyata keçirilib.
Asayis.az xəbər verir ki, bu mərhələdə iki rayona ümumilikdə 42 ailə - 163 nəfər köçürülüb.
Onlardan 24 ailə (86 nəfər) Xocavənd şəhərində, 11 ailə (53 nəfər) Quzeyxırman kəndində, 3 ailə (11 nəfər) Xocavənd kəndində, 2 ailə (6 nəfər) Hadrut qəsəbəsində, 2 ailə (7 nəfər) isə Ağdərə rayonunun Heyvalı kəndində məskunlaşıb.
