Azərbaycan İrana arpa tədarükünü bərpa etdi

 Azərbaycan İrana arpa tədarükünü bərpa etdi

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1,53 milyon ABŞ dolları dəyərində 6 803 ton arpa (o cümlədən toxumluq) ixrac edib.

Asayis.az Report-a istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26%, kəmiyyət olaraq – 24,3% çoxdur.

Azərbaycan İraqa 1,35 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 26 dəfə çox) 6 008 ton (+49 dəfə) və İrana 181,3 min ABŞ dolları dəyərində 794,3 ton məhsul satıb.

Azərbaycan 3 il 9 aylıq fasilənin ardından İrana tədarükü bərpa edib.

2025-ci ildə Azərbaycandan ixrac edilmiş 7 min 816 ton arpanın 99,99%-i İraqın payına düşüb.

19:02 - 19 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin